...

Hidayət Heydərov: “Xoşbəxtəm” (VİDEO)

İdman Materials 20 May 2024 21:32 (UTC +04:00)
Hidayət Heydərov: “Xoşbəxtəm” (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vazzariyə qədər hər şey qaydasında gedirdi.

Trend-in məlumatına görə, İdman.biz-in Abu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu cüdo üzrə dünya çempionu Hidayət Heydərov (73 kq) deyib.

Abu-Dabidə Azərbaycan himnini səsləndirən millinin lideri finalda yaponiyalı rəqibini məğlub etməsini xüsusi qeyd edib: "Buraya Avropa çempionu kimi gəlmişdim. Finala yüksələcəyimi gözləyirdim. Cüdonun vətəni Yaponiyadır. Dünya çempionu olmaq üçün məhz yapon idmançını məğlub etmək istəyirdim. Finala xüsusi hazırlaşmışdım. Düzdür, 30 saniyə qalmış yıxıldım, rəqib xal qazandı. Döyüşdən əvvəl Olimpiya çempionu Elnur Məmmədli nə olursa olsun təslim olmamağı məsləhət görmüşdü. Bunu bacardığım üçün çox xoşbəxtəm".

Hidayət çox xoşbəxt olduğu deyib. O, tarixlər yazacağını bildirib: "Çox xoşbəxtəm. Bunu ifadə etmək istərdim. Hər bir insanın yalnız idmanda deyil, digər sahələrdə də bu hissləri yaşamasını istərdim. Dünya çempionu, tarix yaxdım. Olimpiya çempionu da olmaq arzusundayın. Hələ tarixlər yaza-yaza gedəcəyik".

Qeyd edək ki, Hidayət finalda yaponiyalı Tatsuki İşiharaya ippon fəndi ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti