...

Səbaildə keçmiş məhkum 2600 manatlıq antik samovar oğurladı

Cəmiyyət Materials 20 May 2024 14:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Kənan Orucov saxlanılıb.

Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti