...

Məşhur azərbaycanlı milyarderə oxunan ölüm hökmü ləğv edildi

Dünya xəbərləri Materials 30 Aprel 2024 12:25 (UTC +04:00)
Məşhur azərbaycanlı milyarderə oxunan ölüm hökmü ləğv edildi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda məşhur azərbaycanlı milyarder Babək Zəncaniyə oxunan ölüm hökmü ləğv edilib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün (30 aprel) Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Ə.Cahangirin sözlərinə görə, Tehran vilayəti ədliyyə idarəsinin Babək Zəncaninin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciəti İranın Ali Lideri Seyid Əli Xameneinin razılığı ilə Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi tərəfindən təsdiqlənib.

Cahangiri əlavə edib ki, Zəncaniyə qarşı edam qərarı 20 illik həbsə dəyişdirilib.

Qeyd edək ki, Zəncan vilayətindən olan Babək Zəncani İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə İran nefti və qazının gizli ticarətini həyata keçirib və qara bazarda böyük paya sahib olub. Lakin İranın dövlət qurumları Zəncaninin neft ticarətindən dövlət bankına olan 2,8 milyard dollar vəsaiti ödəmədiyini bildirirlər. Zəncani isə pulları sanksiyaya görə, Avropa banklarında dondurulmuş hesablarda saxlandığını bildirirdi.

Xatırladaq ki, Zəncani ABŞ-nin 2012-ci ildə İrana qarşı sanksiyalarını pozduğuna görə qara siyahıya daxil edilib.

Xəbər lenti

Xəbər lenti