...

ABŞ-da atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 30 Aprel 2024 03:42 (UTC +04:00)
ABŞ-da atışma olub, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Şimali Karolina ştatının Şarlotte şəhərində atışma olub.

Trend xəbər verir ki, hadisə nəticəsində 3 zabit həlak olub, 5 polis yaralanıb.

Hadisə polislər şübhəli şəxsə qanunsuz odlu silah gəzdirməyə görə həbs orderi təqdim edərkən baş verib.

Polislər şübhəli şəxsin evinə yaxınlaşarkən içəridən atəş açılıb. Hadisə zamanı şübhəli şəxs öldürülüb.

Xəbər lenti

Xəbər lenti