...

Əfqanıstanda məscidə hücum - Ölənlər var

Dünya xəbərləri Materials 30 Aprel 2024 10:44 (UTC +04:00)
Əfqanıstanda məscidə hücum - Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın qərbindəki Herat əyalətində silahlı şəxslərin məscidə hücumu nəticəsində altı nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Trend “Barrons” saytına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Abdul Matin Qani bildirib.

Onun sözlərinə görə, ölümcül insident əyalətin Qozara rayonunun Şəhrak bölgəsində axşam namazı vaxtı baş verib. Həlak olanların hamısı mülki şəxslərdir.

Məlumatda Tolo məscidinin Əfqanıstanda azlıq təşkil edən şiə icmasına aid olduğu qeyd edilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti