Bakı. Trend:
Fransa polisi Fələstinə dəstək üçün keçirilən daha bir tələbə nümayişini zorakılıqla dağıdıb.
Trend xəbər verir ki, Fransada növbəti dəfə dinc aksiya iştirakçılarına qarşı polis tərəfindən zorakılıq tətbiq edilib.
Fransa polisi aksiyanı vəhşicəsinə dağıdıb. Videokadrlardan da göründüyü kimi, Fransa polisi aksiya iştirakçılarına qarşı qeyri-insani davranış nümayiş etdirərək, aksiya iştirakçılarını sürüyərək həbs edir.
Göründüyü kimi, başqa vaxt demokratiyadan dəm vuran, ona-buna ağıl
öyrətməyə çalışan Fransanın özündə demokratiya, söz azadlığından
heç bir əsər-əlamət yoxdur, kobud şəkildə pozulur və iştirakçılara
qarşı qeyri-insani davranış nümayiş olunur. Bu bir daha göstərir
ki, Fransa beynəlxalq qanunları, dəyərləri ayaqlar altına atır.
Demokratiya, insan haqları Fransaya sadəcə pərdələnərək, öz çirkin
niyyətlərini reallaşdırmaq üçün lazımdır.