...

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

Dünya xəbərləri Materials 29 Aprel 2024 17:24 (UTC +04:00)
Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə erməni KİV yazır.

Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq, lakini mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək.

Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti