...

Bakıda ağır qəza: 9 maşın əzildi - Hadisənin ANBAAN GÖRÜNTÜSÜ (VİDEO)

Hadisə Materials 30 Aprel 2024 11:21 (UTC +04:00)
Bakıda ağır qəza: 9 maşın əzildi - Hadisənin ANBAAN GÖRÜNTÜSÜ (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, yüksək sürətlə hərəkət edən iki avtomobil sürücülərin idarəetməsindən çıxaraq, qəza törədib.

Sözügedən avtomobillər yol kənarındakı digər avtomobilləri əzib. Nəticədə 9 avtomobilə ciddi ziyan dəyib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Trend-ə bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb.

"Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti