...

Türkiyə hökuməti İslam maliyyəsinin gələcək inkişafına dəstək verməyə hazırdır - Mehmet Şimşək

Maliyyə Materials 29 Aprel 2024 18:50 (UTC +04:00)
Türkiyə hökuməti İslam maliyyəsinin gələcək inkişafına dəstək verməyə hazırdır - Mehmet Şimşək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Türkiyə hökuməti ölkə daxilində İslam maliyyəsinin gələcək inkişafına dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bunu Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək İslam İnkişaf Bankı Qrupunun (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanı deyib.

"İslam maliyyəsi bir kanal olaraq Türkiyə vətəndaşları üçün geniş şəkildə mövcuddur. Bu xidmətləri göstərən bir sıra maliyyə qurumları var. Lakin təbii ki, ənənəvi maliyyə üstünlük təşkil edir. Əvvəllər biz məhsul təklifini təkmilləşdirə biləcəyimizi, bu qurumların daha mühüm rol oynamasına kömək edə biləcəyimizi görmək üçün çox çalışdıq", - o deyib.

Nazir qeyd edib ki, bütün dövlət banklarının islam maliyyəsi xidmətləri göstərən törəmə müəssisələri var.

"Təbii ki, biz bu qurumlara inamı artırmağa görə təklif etdiyimiz məhsulları təkmilləşdirmək üçün yaxından işləyirik. Bu, tələbdən irəli gəlir. Bəli, təchizat vacibdir. Amma düşünürəm ki, - hökumətə, tənzimləyici bazaya gəldikdə, biz əlimizdən gələni etməyə çalışdıq. Maliyyə institutları əlavə məhsullar hazırlamalı, bu məhsulları tanıtmalı və ictimaiyyəti daha yaxşı xidmət məhsullarına malik olduğuna inandırmalıdır", Mehmet Şimşək vurğulayıb.

O qeyd edib ki, bu, daha çox bazarın təsiri altındadır.

"Amma bizim siyasətimizə gəldikdə, biz, şübhəsiz ki, diversifikasiyaya maraq görürük, çünki İslam maliyyəsinin özünəməxsus xüsusiyyətləri var və buna görə də maliyyə strukturunun genişləndirilməsində fayda görürük. İnanıram ki, gələcək irəliləyiş institusional səy tələb edir və əgər biz tənzimləmə və digər məsələlərdə hər hansı bir şəkildə kömək edə bilsək, bunu mütləq dəstəkləyəcəyik", - o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti