...

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub - Tarixdə ilk dəfə

İdman Materials 29 Aprel 2024 16:33 (UTC +04:00)
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub - Tarixdə ilk dəfə

Bakı. Trend:

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı zəka sahibimiz qadın şahmatçılar arasında fərdi Avropa çempionatının qalibi olub.

Təmsilçimiz Yunanıstanın Rodos adasında keçirilən yarışın çempionu adını qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. O, son turda Nino Batsiaşvili ilə heç-heçə etməklə buna nail olub.

Qeyd edək ki, Ülviyyə iki il əvvəl qitə çempionatında 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti