...

Maşın maneəyə çırpıldı - Sürücü yaralandı

Hadisə Materials 30 Aprel 2024 09:08 (UTC +04:00)
Maşın maneəyə çırpıldı - Sürücü yaralandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə maşın yol kənarındakı maneəyə çırpılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şəmkir rayonu, Kür qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti