...

Çatdırılan hərbi yardımlar Ukrayna üçün yetərli deyil - Zelenski

Dünya xəbərləri Materials 29 Aprel 2024 17:30 (UTC +04:00)
Çatdırılan hərbi yardımlar Ukrayna üçün yetərli deyil - Zelenski
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımının artıq ölkəyə daxil olmağa başladığını deyib.

Trend xəbər verir ki, Zelenski bu barədə Kiyevdə səfərdə olan NATO baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.

"Müəyyən şeylər daxil olmağa başlayıb, bunların konkret nələr olduğunu təfərrüatı ilə deməyəcəyəm. Əfsuslar olsun ki, bunlar ordumuzu tamamlamaq və müvafiq sayda briqadanı komplektləşdirmək üçün yetərli deyil", - o deyib.

Zelenski həmçinin, təhlükəsizlik təminatlarına dair sazişlərin Ukraynanın ABŞ və saziş imzaladığı digər ölkələrdən dəstək gözlədiyi zamanda çox kömək və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yardım etdiyini bildirib.

Qeyd edək ki, aprelin 29-da NATO baş katibi Yens Stoltenberq Kiyevə gözlənilməz səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti