...

Fəridə Abiyeva: Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır

İdman Materials 14 May 2017 21:18 (UTC +04:00)
Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır
Fəridə Abiyeva: Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır

Bakı. Vüqar İmanov - Trend:

"Əsas odur ki, Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır".

Bunu Trend-ə İslam Həmrəyliyi Oyunlarında karate yarışlarında 61 kq çəki dərəcəsində qızıl medal qazanmış azərbaycanlı idmançı Fəridə Abiyeva deyib.

O deyib: “İki il əvvəl Avropa Oyunlarında medalsız qaldım. Bu vaxt ərzində mən ciddi hazırlaşdım və qızıl medal qazanmağa söz verdim. Bu qələbəni bütün Azərbaycan xalqına həsr edirəm. Əsas odur ki, Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti