...

Bədii gimnastikada böyük uğurlar əldə etmək arzusundayam - Gənc idmançı

İdman Materials 5 Oktyabr 2023 19:50 (UTC +04:00)
Bədii gimnastikada böyük uğurlar əldə etmək arzusundayam - Gənc idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastikada böyük uğurlar əldə etmək arzusundayam və məqsədimə doğru səylə addımlayacağam.

Bu barədə cümə axşamı Trend-ə bədii gimnastika üzrə 28-ci Bakı çempionatının iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Nilay Pünhanlı deyib.

"Bədii gimnastikanı çox sevirəm və idmanda böyük uğurlar əldə etmək arzusundayam. Artıq müxtəlif yarışlarda medallar qazanmışam və bundan sonra da əla nəticələr göstərəcəyimə ümid edirəm", - gənc idmançı deyib.

8 yaşlı idmançı qeyd edib ki, Bakı çempionatının ilk günü lent və gürzlə proqramda çıxış edib.

"Sabah predmetsiz məşqlə çıxış edəcəyəm. Ümid edirəm, hər şey qaydasında gedər", - deyə gənc gimnast əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Bakı çempionatı 5-7 oktyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilir.

Yarışlarda "Ocaq Sport" klubunun (Bakı və Hövsan), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, "Şağan" Olimpiya İdman Kompleksinin təmsilçiləri çıxış edirlər.

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti