...

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunu artıracaq - Samir Şərifov

İqtisadiyyat Materials 2 May 2024 23:28 (UTC +04:00)
Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunu artıracaq - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunu artıracaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

S.Şərifov hazırda Azərbaycanın nəqliyyat-tranzit gündəliyində yer alan əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu Naxçıvan Muxtar Respublikasına və oradan da Türkiyənin Qars bölgəsinə birləşdirən nəqliyyat kommunikasiyalarının yaradılması olduğunu bildirib və əlavə edib ki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyata keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini daha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına kömək edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti