...

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var - Deputat

Siyasət Materials 2 May 2024 18:50 (UTC +04:00)
Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hər zaman beynəlxalq sülhün bərqərar olmasına, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfələr verib. Bu günlərdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülhə və təhlükəsizliyə verdiyi növbəti böyük töhfədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, forum iştirakçıları da forumun əhəmiyyətin yüksək dəyərləndirirlər.

“Forum qlobal məsələlərin müzakirə olunduğu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edir və dünya qarşısında dayanan çağırışları müzakirə edərək onların həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış edirlər. Bu forum dünyanın dörd bir tərəfindən ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirən mühüm platformaya çevrilib.

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycanda mehriban, qarşılıqlı hörmət və etimad və sülh şəraitində yaşayır. Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrinin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev daim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizm ənənələrinin qorunmasına böyük önəm verib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə yanaşı, Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi çoxsaylı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın bu sahədə təcrübəsi multikulturalizmin təbliği üçün nümunə kimi çıxış edir. Azərbaycan dünyada müxtəlif xalqların nümayəndələrinin birgə, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məkan kimi tanınır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti