...

Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Cəmiyyət Materials 2 May 2024 19:02 (UTC +04:00)
Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sürücü idarə etdiyi “VAZ-21014”” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub.

H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti