...

COP29 Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır - Nino Tandilaşvili

İqtisadiyyat Materials 2 May 2024 17:29 (UTC +04:00)
COP29 Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır - Nino Tandilaşvili
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

COP29 Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstan öz "yaşıl" gündəmini genişləndirməyə çalışır.

"İqlim gündıliyi inteqrasiyada mühüm rol oynayır. Biz 2050-ci ilədək karbon neytrallığına nail olmaq istəyirik. Regionumuzda keçiriləcək COP29 tədbiri Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır",- deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Gürcüstanın Aİ-yə inteqrasiyası güclənib və bu baxımdan ölkə öz məsuliyyətinin tam fərqindədir.

"Biz Aİ standartlarlna yaxın olmaq üçün bütün sahələr üzrə, o cümlədən "yaşıl" iqtisadiyyat, kənd təsərrüfatı üzrə çox aktiv çalışmışıq. İnteqrasiyadan başqa yol yoxdur. Aİ üzvlüyünə namizəd statusu "yaşıl" enerji baxımından üzərimizə böyük məsuliyyət qoyur", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti