...

CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur

İqtisadiyyat Materials 2 May 2024 18:01 (UTC +04:00)
CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Asiyada Nəqliyyat və Logistika üzrə Tərəfdaşlığın sədri Larisa Kislyakova Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Bütün ölkələr qlobal dəyər zəncirlərində iştirak etməyə sadiqdirlər. CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur. Bunlar tarif xərcləri deyil, çünki tarif xərcləri böyük rol oynamır. Bunlar yüksək nəqliyyat və qeyri-tarif xərcləri və digər maneələrdir. Uyğunlaşdırılmamış ticarət standartları səbəbindən problemlər yaranır", - o deyib.

Kislyakovanın sözlərinə görə, daha bir problem buraxılış məntəqələri infrastrukturu ilə əlaqəlidir.

"Buraxılış məntəqələrində çox vaxt sərf olunur, məntəqələrdə gözləmək beş sutkaya qədər çatır. Bu, infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olmadığından xəbər verir. Digər problem kağız sənədlərdən istifadə ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma zəruridir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti