...

Səudiyyə Ərəbistanı İsraildən münasibətləri normallaşdırmaq üçün iki tələb irəli sürüb

Dünya xəbərləri Materials 2 May 2024 23:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti Qəzza zolağında atəşkəs rejimi və İsraillə münasibətlərin normallaşması prosesi üçün Fələstin dövlətinin yaradılmasını tələb edib.

Trend-in mıəlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

"Səudiyyə Ərəbistanı açıq şəkildə bildirdi ki, İsraillə normallaşma prosesi üçün onun iki tələbi var: Qəzza zolağında sakitlik və Fələstin dövlətinin yaradılması yolu üzrə işlərin aparılması", - deyə o bildirib.

O vurğulayıb ki, bu məsələlərin həlli ABŞ və Səudiyyə Ərəbistanının hazırda üzərində çalışdığı qlobal sazişin bağlanması üçün vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti