...

Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 3 May 2024 00:57 (UTC +04:00)
Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri Fumio Kişida milli silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinə dair saziş hazırlamaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə iki liderin Parisdıki görüşündən sonra Yelisey sarayının yaydığı məlumatda deyilib.

Bildirilib ki, görüşdə Fransa və Yaponiya arasında müdafiə məsələlərində strateji əməkdaşlığın gücləndirilməsi qərara alınıb:

"Tərəflər Fransa ordusu ilə Yaponiyanın özünümüdafiə qüvvələri arasında əməliyyat əməkdaşlığının inkişafı üzrə sazişin bağlanması üzrə danışıqlar prosesinə başlayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti