...

İqlim-ticarət əlaqəsi üzrə irəliləyiş əldə edilir - ÜTT

İqtisadiyyat Materials 2 May 2024 17:53 (UTC +04:00)
İqlim-ticarət əlaqəsi üzrə irəliləyiş əldə edilir - ÜTT
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

İqlim-ticarət qarşılıqlı əlaqəsində irəliləyiş əldə edilir.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktorunun müavini Jan-Mari Poqam Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"İqlim-ticarət qarşılıqlı əlaqəsində irəliləyiş əldə edilir. Söhbət siyasətçilər arasında qarşılıqlı əlaqədən gedir. İqlim siyasətçiləri bazarlara təsir göstərir. Müxtəlif üsullar var. Ticarət siyasətçiləri iqlim siyasətçilərinə dət təsir göstərə bilir", - o deyib.

Poqam ticarətin enerji keçidində sürətləndirici və ya ləngidici rol oynaya biləcəyini qeyd edib.

"Bazarın fraqmentasiyası ticarət və iqlimin inkişafı üzrə fəaliyyətə xidmət göstərməyəcək. İqtisadiyyat daha səmərəli olduqda tullantıların səviyyəsi azalır. İqlim sahəsində əməkdaşlığın minimum səviyyəsi yoxdur. Qazıntı yanacağı istehsalı üzrə tariflər yüksəkdir, onları iqlim məqsədlərinə yönəltmək mümkündür", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti