...

Azərbaycan və Gürcüstanın birgə buraxılış məntəqəsinin işə salınmasını gözləyirik - Laris Kislyakova

İqtisadiyyat Materials 2 May 2024 17:44 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın birgə buraxılış məntəqəsinin işə salınmasını gözləyirik - Laris Kislyakova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycan və Gürcüstanın birgə buraxılış məntəqəsinin işə salınmasını gözləyirik.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Asiyada Nəqliyyat və Logistika üzrə Tərəfdaşlığın sədri Larisa Kislyakova Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

Orta Dəhlizin effektivliyinin artırılması üzrə əsas işlərdən bəhs edən Kislyakova vaqonların sayının artırılmalı olduğunu və daha çox maşın yerləşdirmək üçün bərələrin müasirləşdirilməli olduğunu qeyd edib.

"Xəzər getdikcə dayazlaşdığından, daha tutumlu və bu həllə uyğun olan bərələr müasirləşdirilməli, tamamilə yeni bərələr hazırlanmalıdır", - o deyib.

Kislyakova qeyd edib ki, bu dəhlizə cəlb olunacaq bütün ölkələr üçün tranzit komitəsi və tranzit şurası yaradılarsa, tranzit və gömrük prosedurlarını sadələşdirmək mümkün olacaq.

"Üstəlik, bu dəhliz boyu tranzit icazəsi sistemi ləğv edilməlidir. Çünki məhsulların ixrac mövsümündə icazə sənədlərinin qiyməti çox bahalaşır. Onların qiyməti 50-100 dollardırsa, məhsul ixracı zamanı ildə bir dəfə qiymət 3-4 min dollara çatır və elə olurdu ki, çatmırdılar. Ona görə də bu məsələlərin həlli dəhliz boyu hərəkəti inkişaf etdirməyə və aktivləşdirməyə çox kömək edəcək", - o deyib.

Kslyakova həmçinin, infrastruktur məsələlərə diqqət yetirib.

"Bu daha çox Mərkəzi Asiya ölkələrinə aiddir. Çünki Gürcüstan və Azərbaycan üzərindən tranzitlə bağlı heç bir problem yoxdur. Əlbəttə ki, hazırda Azərbaycan və Gürcüstanın tezliklə birgə buraxılış məntəqəsini işə salmasını gözləyirik. Bu, ölkələrimizdə yüklərə birgə nəzarət üçün yeganə iddia olacaq. Bu da çox vacibdir, çünki hzırda yüklər hər iki tərəfdən yoxlanılır və bu çox vaxt aparır.

Budur, hazırda Tacikistan və Özbəkistan da buraxılış məntəqələrindən birində birgə nəzarət həyata keçirmək niyyətindədir. Yəni, keçid məntəqələri üçün bu cür texnoloji yeniliklər dəhliz boyu hərəkətin sürətləndirilməsində həlledici rol oynayacaq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti