...

IFC iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq - İvana Duarte

İqtisadiyyat Materials 2 May 2024 18:25 (UTC +04:00)
IFC iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq - İvana Duarte
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində görüləcək çox iş var. Proqram və layihələr paketləri tərtib etmək, maliyyə riskini daim qiymətləndirmək lazımdır", - o deyib.

Duarte qeyd edib ki, IFC tərəfindən ayrılan vəsaitin 44 faizi İqlim dəyişikliyi ilə mübarizəyə, 70 faizdən çoxu bərpa olunan enerji mənbələrinə yönəlib.

"Növbəti iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiya yatıracağıq. Ayrı-ayrı ölkələrə gəlincə, Özbəkistanda iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə xeyli iş görülüb, Pakistanda külək və su elektrik stansiyaları tikilib. CAREC regionunda özəl sektorun bərpa olunan enerji məsələlərinə cəlb olunmasına böyük maraq var", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti