...

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik olacaq

İdman Materials 5 Mart 2024 15:58 (UTC +04:00)

Bakı. Trend:

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Bayer”ini qəbul edəcək "Qarabağ"ın ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni"nin iş rejimində dəyişiklik edilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması səbəb olub.

Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti