...

Argentinalı dünya çempionuna qadağa

İdman Materials 29 İyun 2024 17:42 (UTC +04:00)

Bakı. Trend:

Argentina millisinin qolkiperi Emilyano Martinez Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna onun formasını geyindiyi “Aston Villa” icazə verməyib.

İngilislər Martinezin avqustun 17-də start götürəcək Premyer Liqadan öncə komandaya qoşulmasını istəyir. Əgər Emilyano Paris-2024-də iştirak etsə, o, çempionata cəmi 8 gün qalmış klubuna qoşulacaq. Bu isə Unay Emerinin komandasını qane etmir.

Qeyd edək ki, Martinez 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

Xəbər lenti

Xəbər lenti