Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun son günündə iki oyun keçiriləcək.
Hər iki matç Bakıda baş tutacaq. Avrokubokların uğursuzlarının duelində “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Zirə” isə “Şamaxı”nı sınağa çəkəcək.
Qeyd edək ki, növbəti turun görüşləri avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.
Azərbaycan Premyer Liqası
IV tur
25 avqust (bazar)
18:15. “Sabah” – “Sumqayıt”
Baş hakim: Elçin Məsiyev
“Bank Respublika Arena”
20:30. “Zirə” – “Şamaxı”
Baş hakim: Kamal Umudlu
Zirə İK stadionu