...

Dünya çempionatının loqosu təqdim edilib

İdman Materials 17 Oktyabr 2024 13:49 (UTC +04:00)
Dünya çempionatının loqosu təqdim edilib

Bakı. Trend:

İndoneziyada bədii gimnastika üzrə dünya çempionatının başlamasına geri sayım başlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2025-ci il oktyabrın 19-dan 25-dək keçiriləcək turnirə düz bir il vaxt qalıb.

Bununla bağlı Təşkilat Komitəsi müsabiqənin loqosunu təqdim edib. İlk dəfə Cənub-Şərqi Asiya ölkəsi bədii gimnastika üzrə yarışa ev sahibliyi edəcək.
Tədbir “İndoneziya” arenasında keçiriləcək, məşq zalı isə Cakarta Konqres Mərkəzində yerləşəcək.

Təşkilat Komitəsi, ölkənin Gənclər və İdman Nazirliyi və Beynəlxalq Gimnastika Federasiyası çempionatın gimnastikanın əsas aspektlərini - əzələ gücü və zərif hərəkətləri simvolizə edən rəsmi loqosunu təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti