Azərbaycan, Bakı, 15 sentyabr / Trend / "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən etibarən 57,4% artaraq 1 sentyabr 2008-ci il tarixinə 398,5 mln. manat təşkil edib. Bankın kredit portfelinin həcmi isə cari ilin yanvar-avqust ayları ərzində 70,6% artaraq 271,7 mln. manata çatıb.
Müştərilərin depozitləri hesabat dövründə 29,1% artaraq 143,97 mln. manatı keçib. Əhali əmanətlərinin həcmi isə 31,7% artaraq bu ilin 1 sentyabr tarixinə 69 mln. manat təşkil edib.
"Bank Respublika"nın 2008-ci ilin yanvar-avqust ayları ərzində məcmu kapitalı 95,8% artaraq 46,3 mln. manata çatıb. 1 sentyabr 2008-ci il tarixinə bankın nizamnamə kapitalı 22,58 mln. manat təşkil edib.
Cari ilin yanvar-avqust ayları ərzində "Bank Respublika"nın gəlirləri 37,2 mln. manat, xərcləri isə 28,24 mln. manat olub. Bu dövr ərzində bankın balans mənfəəti 8,96 mln. manat təşkil edib.