...

Azərbaycanda keyfiyyətsiz süd və kolbasa məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 20:29 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Səhliyalı" kiçik müəssisəsinə, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 360 kiloqramdan çox kolbasaların satışının dayandırılması, habelə bu kolbasaların və laborator müayinələr nəticəsində tərkibində bağırsaq çöpü aşkar edilmiş süd məhsullarının satışdan çıxarılması barədə icrası məcburi göstəriş verib.
Azərbaycanda keyfiyyətsiz süd və kolbasa məhsulları məhv edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Səhliyalı" kiçik müəssisəsinə, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 360 kiloqramdan çox kolbasaların satışının dayandırılması, habelə bu kolbasaların və laborator müayinələr nəticəsində tərkibində bağırsaq çöpü aşkar edilmiş süd məhsullarının satışdan çıxarılması barədə icrası məcburi göstəriş verib. Bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.

Dövlət Xidmətinə təqdim edilmiş məlumata əsasən, müəssisə tərəfindən 28 kq kolbasa və 83 kq süd məhsulları ticarət şəbəkəsindən geri yığılıb.

Bununla əlaqədar, satışı dayandırılmış və ticarət şəbəkəsindən geri yığılmış 473 kq kolbasa və süd məhsullarının, habelə müəssisənin anbarında olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan 64 kq xammalın, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 1250 metr bükmə materialın və 450 ədəd etiketin məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Səhliyalı" kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib, həmin mallar qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti