...

Azərbaycan, Türkmənistan və Əfqanıstan “Lapis Lazuli” nəqliyyat dəhlizinin operatorlarını təyin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2020 20:13 (UTC +04:00)
Azərbaycan, Türkmənistan və Əfqanıstan “Lapis Lazuli” nəqliyyat dəhlizinin operatorlarını təyin edir

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan, Türkmənistan və Əfqanıstan “Lapis Lazuli” (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) beynəlxalq tranzit-nəqliyyat layihəsinin reallaşdırılması məsələsini müzakirə edib.

Trend-in məlumatına görə, üç ölkənin nəqliyyat sahəsinin nümayəndələri arasında keçirilmiş onlayn görüş zamanı nəqliyyat-logistika prosesinin optimallaşdırılması, bütün iştirakçılar üçün iqtisadi və maliyyə şərtlərinin yaradılması, yükdaşımaları üçün vahid qiymət siyasətinin tətbiq olunması məsələləri müzakirə olunub.

Bundan başqa, layihənin hər iştirakçısı tərəfindən vahid operatorun və ümumi tarif dərəcəsinin təyin olunması məsələləri müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti