...

KfW-yə Azərbaycanda yeni enerji layihəsini maliyyələşdirmək təklif edilib

Energetika Materials 24 Sentyabr 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycanda dövlət elektrik enerjisi istehsalçısı Azerenerji ASC Almaniyanın KfW bankına Abşeronda yüksəkvoltlu elektrik ötürücü xətlərinin (EÖX) tikintisini maliyyələşdirməyi təklif edib", - enerji idarəsinin vitse-prezidenti Marlen Əsgərov çərşənbə günü bildirib.

Alman bankının energetika üzrə eksperti Piter Brikmanın Bakıya səfəri çərçivəsində, Azərbaycan hökuməti və KfW arasında ölkənin enerji sektorunda gələcək əməkdaşlıq perspektivləri haqqında danışıqlar aparılır, - KfW-in Bakı ofisindən bildiriblər. Onun səfəri sentyabrın 24 - də başa çatır.

Bank artıq AzDRES - İmişli elektrik ötürücü xətlərinin tikintisini maliyyələşdirir və bu məqsədlə 30 mln. avro ayırıb. Layihə AzDRES-dən (Mingəçevirdə) İmişliyədək 195 km uzunluğunda EÖX tikintisini nəzərdə tutur. Goranboyda yarımstansiyanın tikintisi və ayrıca özəyin yaradılması ilə, 330 kVt gücündə İmişli yarımstansiyasında elektrik enerjisinin ötürülməsi sahəsinin genişləndirilməsi  də planlaşdırılır. EÖX  tikintisindən sonra elektrik ötürcü xətlərin gücü hazırki 200 MVt-dən 700 MVt-dək artacaq. Tikinti işləri 2009 - cu ildə başa çatmalıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti