Azərbaycan, Bakı, 18 may / Trend /
Yanvar-apreldə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) neft-qaz emalı idarələri ölkənin offşor və anşor yataqlarından 17,6 mln. barel neft (təqribən 2,4 mln. ton) hasil edib. Bu göstərici 2008-ci ilin yanvar-aprel aylarında təqribən 18,2 mln. barelə (təqribən 2,5 mln. ton) bərabər olub. Bu barədə SOCAR-dan məlumat verilib.
SOCAR-ın xarici şirkətlərlə birgə layihələrinin payına 4,2 mln. barel düşür ki, bunun da 611,4 min bareli əməliyyat şirkətlərinə aid olub, "Azəri-Çıraq-Günəşli" layihəsinin payına 3,2 mln. barel, "Şahdəniz" qazkondensat yatağının payına isə 418,2 min barel düşüb.
Yanvar-apreldə SOCAR ötən ilin analoji dövrünün 2,54 mlrd. kubmetrinə nisbətdə təqribən 2,76 mlrd. kubmetr qaz əldə edib. Bu dövr ərzində SOCAR-ın neft-qaz hasilatı idarələri 2,54 mlrd. kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisə və əməliyyat şirkətləri yanvar-apreldə SOCAR-a təqribən 24,67 mln. kubmetr qaz veriblər.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-apreldə "Azəri-Çıraq-Günəşli" yataqları blokundan SOCAR üçün 1,4 mlrd. kubmetr səmt qazı hasil edib. Bu göstərici ötən ilin analoji dövründə 548,4 mln. kubometrə bərabər olub.
Azərbaycanda 57 neft-qaz yatağı var, onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. SOCAR-ın işçi heyəti 62 min nəfər təşkil edir.