Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
Azərbaycan xarici işlər naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ekspertlərinin keçən görüşünü səmərəli hesab edib. QİƏT-in iclasının açılışında xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov deyib ki, 2004-cü il aprel görüşündən sonra Azərbaycan əhəmiyyətli dərəcədə müvəffəqiyyətə nail olub.
"Büdcə dörd dəfə artıb, özəl sektorun payı 80 faizə çatıb", - cümə axşamı nazir deyib.
Onun sözlərinə görə, hətta dünya maliyyə böhranında Azərbaycan səkkiz faizə qədər iqtisadi artıma nail ola bilib.
Energetika sahəsinin inkişafına toxunaraq Məmmədyarov deyib ki, Azərbaycan enerji resurslarının diversifikasiyası və daşınması üçün yeni yolları nəzərdən keçirir.
"Hazırda biz hesab edirik ki, "Şah Dəniz" qaz yatağının işlənməsi üçün 20 milyard dollar investisiya lazımdır", - nazir deyib. Amma onun sözlərinə görə, beynəlxalq təcrübədən istifadə edərək bu rəqəm üçə vurulacaq, beləliklə layihənin ümumi sərmayəsi 60 milyard dollara çata bilər.
İclasda Azərbaycan, Bolqarıstan və Türkiyəni XİN rəhbərləri Elmar Məmmədyarov, Rumiana Jeleva və Əhməd Davudoğlu təmsil edəcəklər. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Andrey Denisov rəhbərlik edəcək. Ermənistan, Yunanıstan, Gürcüstan, Rumıniya, Serbiya və Ukrayna XİN rəhbərlərinin müavinləri səviyyəsində təmsil olunacaq. Albaniya XİN-in baş katibi, Moldova isə dövlət naziri səviyyəsində təmsil olunur.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qara dəniz sahili və Cənubi Balkanların 12 ölkəsini birləşdirən təşkilatdır. QİƏT 1 may 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Müqaviləsi bazasında təsis olunub. Təşkilatın qərargahı İstanbulda yerləşir. Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna QİƏT-in üzvüdürlər.