...

"Deutsche Bank" ARDNŞ-la əməkdaşlıqda maraqlıdır

Energetika Materials 19 İyul 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Almaniyanın "Deutsche Bank" şirkəti ekoloji layihələrin reallaşmasında Azərbaycanın Dövlət Neft Şirkəti ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə bankın Rusiya və MDB üzrə filialının idarə heyətinin sədri Yorq Bonqarts ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.

Onun sözlərinə görə, onun təmsil etdiyi bank müxtəlif ölkələrdə Kioto protokolu üzrə ekoloji problemlərə böyük əhəmiyyət verir.

ARDNŞ prezidentinin sözlərinə görə, Azərbaycanda uzun müddətdir ki, neft hasil olunduğundan mədənlərdəki torpaqların əksər hissəsi çirklənib. Azərbaycan prezidenti İlham Əliyevin sərancamına əsasən, ARDNŞ çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı xüsusi proqram hazırlayıb. O qeyd edib ki, şirkəti bankın ekoloji layihələr sahəsində əldə etdiyi təcrübə maraqlandırır.

Xəbər lenti

Xəbər lenti