...

Yaqub Eyyubov: "Azerspace-1" peyki Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək

Telekommunikasiya Materials 24 Dekabr 2012 14:08 (UTC +04:00)
Azərbaycanın ilk peykini buraxması təkcə informasiya texnologiyaları sektorunun inkişafına deyil, ümumilikdə iqtisadiyyata öz töhfəsini verəcək.
Yaqub Eyyubov: "Azerspace-1" peyki Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın ilk peykini buraxması təkcə informasiya texnologiyaları sektorunun inkişafına deyil, ümumilikdə iqtisadiyyata öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi Baş nazirin müavini Yaqub Eyyubov "Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peykin 2013-cü ilin I yarımilliyində buraxılması planlaşdırılır.

Eyyubov iqtisadiyyatın bütün sektorlarında əldə edilən nailiyyətlərdən bəhs edib. O, xüsusilə qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyini tam təmin edib, enerji resurslarının idxalçısından ixracatçısına çevrilib.

"2004-cü ildən etibarən ölkə iqtisadiyyatına 135 milyard avro investisiya qoyulub", - Baş nazirin müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti