Azərbaycan, Bakı, 15 fevral /Trend/
"Azercell" fakturalı xətt abunəçiləri üçün yeni danışıq paketlərini istifadəyə verib.
Şirkətdən Trend-ə verilən məlumata görə, indi fakturalı xətt abunəçiləri 200, 400, 600 dəqiqəlik paketləri sifariş verməklə daha sərfəli danışa bilərlər - şəbəkədaxili zəngin 1 dəqiqəsini cəmi 5 qəpiyə. Belə ki, abunəçilər 10 AZN müqabilində 200, 20 AZN müqabilində 400, 30 AZN müqabilində isə 600 şəbəkədaxili dəqiqələr əldə edə bilərlər.
# |
Danışıq paketinin adı |
Danışıq paketinin qiyməti AZN (ƏDVdaxil) |
Danışıq paketinə daxil olan şəbəkədaxili dəqiqələrin sayı |
1 |
200 |
10 |
200 |
2 |
400 |
20 |
400 |
3 |
600 |
30 |
600 |
Qeyd edək ki, danışıq paketlərini yalnız korporativ paketlərdən istifadə etməyən fiziki Fakturalı Xətt (Bizimkilər, Biznes 200 və Hər Yerə tarif paketləri) abunəçiləri sifariş edə bilər. Danışıq paketlərini sifariş etmək üçün abunəçilər müvafiq paketin adını (200, 400 və ya 600) yazıb 8888 qısa nömrəsinə göndərməlidir. 8888-e göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir. Paketdən imtina etmək üçün abunəçi 8888-e STOP yazıb göndərə bilər.
Danışıq paketlərində təqdim olunan dəqiqələrin rouminq zəngləri videozənglər və qısa nömrələrə edilən zənglər üçün istifadə edilə bilməz. Eyni zamanda, abunəçi fakturalı xəttdən fakturasız xəttə keçdikdə onun cari paketdən istifadə etmək imkanı məhdudlaşdırılacaq.