...

Qazaxıstanda azərbaycanlıların assosiasiyasının birinci qurultayı keçiriləcək

Siyasət Materials 18 Oktyabr 2010 15:19 (UTC +04:00)
Qazaxıstanın Almatı şəhərində oktyabrın 29-da Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçiriləcək.
Qazaxıstanda azərbaycanlıların assosiasiyasının birinci qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Qazaxıstanın Almatı şəhərində oktyabrın 29-da Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçiriləcək. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Qurultayda Assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcək.

Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının (QXA) üzvüdür. Qurultaya Qazaxıstanın dövlət, hökumət strukturlarının nümayəndələri, millət vəkilləri ilə yanaşı, QXA-ya üzv olan müxtəlif xalqların etno-mədəni təşkilatlarının təmsilçiləri, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistan və digər xalqların Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunublar.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edəcəklər.

Qazaxıstanda "Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlərinin İttifaqı", ölkənin 12 vilayət və 2 şəhərinin diaspor qurumlarının birgə yaratdığı Hüquqi Şəxslər Birliyi fəaliyyət göstərir.

Bütün vilayət mərkəzlərinin 5 aprel 2008-ci ildə çağırılmış qurultayının qərarına əsasən, bütün Qazaxıstan azərbaycanlılarının diaspor təşkilatlarının birliyi yaradılıb.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti