...

BMT Baş Assambleyasında "ermənisayağı öz müqəddəratını təyin etmə"

Nəzər nöqtəsi Materials 22 Sentyabr 2017 17:43 (UTC +04:00)
BMT Baş Assambleyasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə dünya ölkələrinə xatırlatdı ki, BMT əvvəllər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar dörd qətnamə qəbul edib
BMT Baş Assambleyasında "ermənisayağı öz müqəddəratını təyin etmə"

Elxan Ələsgərov, Baku Network Ekspert şurasının rəhbəri, fəlsəfə doktoru

BMT Baş Assambleyasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə dünya ölkələrinə xatırlatdı ki, BMT əvvəllər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar dörd qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilmiş bu qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu təsdiq olunub və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinə çağırış yer alıb. Prezident İlham Əliyev beynəlxalq normaları pozan Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Öz cinayətlərinə görə məsuliyyətdən və hesablaşma vaxtının yaxınlaşmasından qorxaraq “Qarabağ klanı”nın öndə gedənləri daim hansısa tezislər fikirləşir və onları uğursuz şəkildə beynəlxalq arenada yeritməyə çalışır. Növbəti “incilər” Baş Assambleyada Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən səsləndirildi. O bəyan etdi ki, “Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququnu reallaşdırması həyati əhəmiyyət daşıyır və bu təkcə mənim yox, bütün ermənilərin mövqeyidir”. Bununla da S.Sarkisyan qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini yeni anlayışla – “ermənilərin mövqeyi” ilə əvəz etdi. S.Sarkisyanın məntiqinə görə, BMT və ATƏT deyil, şəxsən o və “erməniçilik” kimin haqlı olub-olmadığını müəyyən etmək hüququna, eləcə də xalqlara müqəddəratını özü təyinetmə hüququnu vermək statusuna malikdir. Ermənistan prezidentinin xəstə təfəkküründə hansısa mifik “erməniçiliyə” subyektlik vermək kimi sərsəm plan yaranıb. İndi işğal olunmuş ərazilərin müqəddəratını Ermənistan həll etməyəcək. O faktiki olaraq BMT prinsiplərinə meydan oxudu, guya “erməniçilik” Azərbaycanın işğal olunmuş ərazilərinin taleyini həll edə bilər. Bu “ağıllı”nın məntiqinə görə, indi Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Yerevanla deyil, mifik “erməniçilik”lə danışıqlar aparmalıdır. Qarabağdakı işğalçılar rahat yata bilərlər, indi onların həmvətənləri – Moskvadakı pinəçilər, Soçidəki qazlı su satıcıları, Los-Ancelesdəki xəzinə talayanlar, Hamburq tualetlərindəki biznesmenlər artıq hər şeyi həll edib, təkcə BMT-ni buraxmaq və Minsk qrupu həmsədrlərini evlərinə yollamaq qalır.

Bir tərəfdən bu bəyanatla S.Sarkisyan öz fəaliyyət qabiliyyətsizliyini təsdiq etdi, “Qarabağ klanı” kartı vuruldu və o, Prezident İlham Əliyevə beynəlxalq arenada məğlub oldu. “Erməniçilik” haqqında bəyanat “miatsum” ideyasının siyasi fiaskosuna görə məsuliyyətdən qaçmaq üçün edilmişdi.

Hesablaşma vaxtının yaxınlaşdığını görən “Qarabağ klanı”nın liderləri məlum gəmiricilər kimi batan gəmidən qaçmaq üçün deşiklər axtarırlar. “Erməniçiliyə” müraciət “qisas sindromu” kimi bir anlayışın təsiri altında formalaşan özünəməxsus psixoloji vəziyyətin nəticəsidir. Buna dünya dövlətləri tərəfindən mümkün sanksiya qorxusu, Azərbaycanla müharibə qorxusu və BMT-də səfeh açıqlamalar vermək bahasına olsa da, status-kvonu qorumaq niyyəti daxildir. S.Sarkisyan heç olmasa bir qədər tarix bilsəydi, başa düşərdi ki, birinci Ermənistan Respublikasının (1918-20-ci illər) məğlubiyyətinin səbəbi mehriban qonşuluq anlayışına əhəmiyyət verməməsi olub. Tarix təkrar olunmaq xüsusiyyətinə malikdir. Amma S.Sarkisyan Tarixlə tanış deyil və bunu da BMT Baş Assambleyasındakı çıxışı ilə təsdiq etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti