...

Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb

Dünya xəbərləri Materials 18 Dekabr 2023 23:27 (UTC +04:00)
Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb

Bakı. Trend:

Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

Trend xəbər verir ki, sənədi Macarıstanın Baş naziri Viktor Orban və Budapeştə bir günlük səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Liderlər həmçinin Strateji Əməkdaşlıq Şurasının iclasını, daha sonra isə birgə mətbuat konfransı keçiriblər və burada 21-ci əsrdə birlikdə qələbəyə nail olmaq üçün müttəfiqlik münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, səfərin əsas məqsədi ikitərəfli əməkdaşlıq və iqtisadi münasibətlərin müzakirəsi, o cümlədən, iki ölkə arasında ticarətin həcminin artırılaraq 6 milyard dollara çatdırılmasını nəzərdə tutan strategiyanın hazırlanması təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti