...

İraqda hərbi helikopter qəzaya uğradı: Polkovnik həlak oldu, kapitan yaralandı

Dünya xəbərləri Materials 19 Dekabr 2023 10:10 (UTC +04:00)
İraqda hərbi helikopter qəzaya uğradı: Polkovnik həlak oldu, kapitan yaralandı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İraqın Salah-əd-Din əyalətində Hilva hava limanından qalxan hərbi helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə əyalət şuralarına seçkilərdə təhlükəsizliyin təmin olunması üzrə missiyanın icrası zamanı baş verib. Hadisəyə iki helikopterdən birində baş verən texniki nasazlıq səbəb olub.

Qəza nəticəsində aviasiya polkovniki Marvan Calal həlak olub. Pilot kapitan Alaa Salman isə yaralanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti