...

İsrail-Fələstin arasında sülhü təmin etmək üçün qarant mexanizmi yaradılmalıdır – Hakan Fidan

Dünya xəbərləri Materials 24 Yanvar 2024 03:22 (UTC +04:00)
İsrail-Fələstin arasında sülhü təmin etmək üçün qarant mexanizmi yaradılmalıdır – Hakan Fidan

Bakı. Trend:

İsraillilərlə Fələstinlilər arasında sülhü təmin etmək və nəzarət etmək üçün qarant mexanizmi yaradılmalıdır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli Fələstin sessiyasında bildirib.

Qəzzada humanitar dağıntıların ciddi həddə çatdığını vurğulayan nazir Fidan dərhal atəşkəs və bölgəyə humanitar yardımların tez bir zamanda çatdırılmasının vacib olduğunu vurğulayıb.

"Qəzzada və onun hüdudlarından kənarda davam edən müharibə nə sülh, nə də təslimlik gətirə bilər. Bizim bu müharibəni dayandırmaq üçün tarixi məsuliyyətimiz var", - deyə o qeyd edib.

Fidan bildirib ki, beynəlxalq ictimaiyyət hələ də Qəzzada və İordan çayının qərb sahilindəki qətliamı dayandırmaqda acizdir.

“İsraillilər və fələstinlilər arasında sülhü təmin edəcək və nəzarətdə saxlayacaq qarant mexanizminin yaradılmasına dair çağırışımızı bir daha təkrar etmək istərdim”, - deyə Hakan Fidan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti