...

Ermənistanın Fransadan alacağı silah məlum oldu

Dünya xəbərləri Materials 18 İyun 2024 11:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Fransa ilə "Caesar" özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat yayıb.

İrəvana göndəriləcək özüyeriyən haubitsaların sayı və müqavilənin məbləğinə dair məlumat açıqlanmayıb.

Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.

Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti