...

İstanbulda cinayət qruplarına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 28 İyun 2024 06:27 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda mütəşəkkil cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı 15 şübhəli saxlanılıb.

Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı əməliyyatlarda istifadə olunduğu güman edilən üç ədəd sənədsiz silah və patronlar ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti