...

Vuçiç Serbiyada etirazçıların tələblərini yerinə yetirib

Dünya xəbərləri Materials 30 Yanvar 2025 07:57 (UTC +04:00)
Vuçiç Serbiyada etirazçıların tələblərini yerinə yetirib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç tələbələrin keçirdiyi etiraz aksiyası zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, Əfv Komissiyasının bugünkü iclasında bununla bağlı qərar yekdilliklə qəbul olunub. Əfv edilənlər arasında bir dekan, bir dosent, dörd məktəb direktoru, bir direktor müavini və 6 tələbə var.

Həmin 13 nəfər yanvarın 27-də paytaxt Belqradda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Aleksandar Vuçiç ötən gün ictimaiyyətə müraciətində saxlanılan 13 nəfərin əfv edilməsindən başqa tələbələrin bütün tələbələrinin yerinə yetirildiyini bildirmişdi.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfər öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti