...

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir - XƏBƏRDARLIQ

Gündəm Materials 30 Dekabr 2023 14:14 (UTC +04:00)
Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir - XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir.

Trend Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, ilk olaraq vətəndaşlara pul qazanmaq adı altında iş təklif olunur, daha sonra müxtəlif “Telegram” quplarına qoşularaq müəyyən tapşırıqları həyata keçirmələri istənilir.

Növbəti mərhələdə vətəndaşlardan müəyyən miqdarda ödəniş tələb olunaraq, daha çox qazancın əldə edilməsi vədi verilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür iş təklifləri gəldikdə diqqətli olmağı, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti