...

Bakıda avtobusda qəflətən baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur

Hadisə Materials 16 May 2013 11:42 (UTC +04:00)
Bakının “Şamaxinka” adlanan ərazisində sərnişin avtobusu yanıb.
Bakıda avtobusda qəflətən baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Bakının "Şamaxinka" adlanan ərazisində sərnişin avtobusu yanıb. Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, hadisə qəflətən baş verib.

Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə yerinə 1 yanğınsöndürən maşın göndərilib və artıq avtobusdakı yanğın söndürülüb.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, yanğın zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti