Bakı. Trend:
Bakı metrosunda sernişin dünyasını dəyişib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb. Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib", - deyə bildirilib.