Bakı. Trend:
Neftçala rayonunun Kürkənd kəndində yanğın olub.
Trend xəöbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb.
Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.