...

Parlamentarilər Belqrada bir araya gələcək

Siyasət Materials 24 Oktyabr 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının 67-ci Rouz-Rout seminarı oktyabrın 25-dən 29-dək Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Serbiyada müdafiə sahəsində aparılan islahatlar, Qərbi Balkanlarda  və Avropada  inteqrasiya və sabitlik, Kosovoda vəziyyət  və digər  məsələlər  müzakirə ediləcək.

Azərbaycanı tədbirdə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Aqil Abbas təmsil edəcək.

Azərbaycan NATO Parlament Assambleyasının həqiqi deyil, assosativ üzvüdür. Azərbaycan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti